XƏBƏRLƏR

Cənub Qaz Dəhlizi (SGC) enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir

SENTYABR 22, 2023

SGC enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir, bunu Budapeşt Metropolitan Universitetinin elmi işlər üzrə prorektoru Laslo Vasa (László Vasa) bildirib.

Onun sözlərinə görə, Macarıstan Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükündə maraqlıdır: “Bu layihə Macarıstanın daxili tələbatını ödəmək məqsədilə enerji resursları mənbələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir. Macarıstan Azərbaycanla “mavi yanacağ”ın tədarükü məsələsini müzakirə edir. Lakin bizim imkanlarımız məhduddur. Odur ki, Budapeşt Avropa İttifaqını enerji infrastrukturuna daha çox sərmayə qoymağa çağırır”.

Ekspert həmçinin Azərbaycanla Macarıstan arasında sıx əlaqələrin olduğunu vurğulayıb: “Macarıstanın Azərbaycanla uzun illərdir ki, əla münasibətləri var. Qərb ölkələri, həmçinin Avropa ölkələrinin liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə can atır və enerji sahəsində uğurlu əməkdaşlıq qurmağa çalışırlar”.

https://report.az/energetika/ekspert-sgc-enerji-sabitliyinin-temin-edilmesi-baximindan-macaristan-ucun-vacibdir/