Azərbaycan və Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti arasında alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi müzakirə edilib.
Bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla ilə keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm verilir.