“Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və “AzərEnerji” ASC arasında elektrik enerjisinin idxal və ixrac infrastrukturunun qurulması məqsədilə Yol Xəritəsi imzalanıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial hesabındakı hesabında yazıb.
“Azərbaycan-Türkiyə 3-cü Enerji Forumundan sonra həmkarım Pərviz Şahbazov ilə Forum protokolunu imzaladıq. Həmçinin əməkdaşlığımızı və dialoq imkanlarımızı gücləndirən səmərəli bir Forum keçirtdik
Bundan əlavə TEİAŞ və “AzərEnerji” ASC arasında qarşılıqlı əlaqə layihəsi çərçivəsində fəaliyyətləri ehtiva edən Yol Xəritəsi imzaladıq. İki ölkə arasında elektrik enerjisinin idxal və ixrac infrastrukturunun qurulması məqsədilə planlanan bu layihələrin uğurlu olmasını diləyirəm”, - nazir qeyd edib.
https://report.az/energetika/teias-ve-azerenerji-arasinda-yol-xeritesi-imzalanacaq/