Azərbaycanda qəbul ediləcək "Energetika haqqında" yeni qanun bu sahənin liberallaşmasına və yeni enerji sistemlərinin formalaşmasına töhfə verəcək.
Bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında - müvafiq qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Azərbaycan neft-qaz sahəsində dünyada aparıcı rol oynayıb və bu gün zamanın tələblərinə uyğun olaraq yeni enerji sisteminə qədəm qoyuruq. Digər tərəfdən, artıq keçid dövründəyik. Çalışmalıyıq ki, aletrnativ enerji mənbələrindən istifadədə yeni texnologiyaları tətbiq edərək inkişaf edək. Eyni zamanda Azərbaycan Böyük Qayıdış layihəsini həyata keçirir. Dövlət başçımız Qarabağı ekoloji baxımdan yaşıl mühitə çevirir. Biz yeni texnologiyaları Qarabağa cəlb edərək oranı cənnətə döndərməliyik", - deyə o qeyd edib.
https://report.az/energetika/asim-mollazade-yeni-qanun-energetika-sahesinde-liberallasmaya-tohfe-verecek-02102023/