XƏBƏRLƏR

EBRD Azərbaycanda “yaşıl enerji”nin şəbəkəyə inteqrasiyasına kredit verə bilər

OKTYABR 06, 2023

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı layihələrə kredit ayırmağı planlaşdırır.

Bu barədə müzakirələr energetika nazirinin müavini Elnur Soltanov EBRD-nin Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Bildirilir ki, görüş zamanı nazir müavini EBRD ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib.

Qeyd edilib ki, hazırda davam edən “Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi” layihəsinin “yaşıl enerji”dən istifadənin genişləndirilməsi kontekstində əhəmiyyəti vurğulanıb. İnteqrasiya ilə əlaqədar aparılan təhlillərdən bəhs edilib və müəyyən konkret layihələrə kredit ayrılması məsələsi müzakirə olunub.

https://report.az/energetika/ebrd-azerbaycanda-yasil-enerji-nin-sebekeye-inteqrasiyasina-kredit-vere-biler/