XƏBƏRLƏR

İsrailin Energetika Nazirliyi “Tamar” qaz yatağının bağlanması ilə bağlı göstəriş verib

OKTYABR 10, 2023

İsrailin Energetika Nazirliyi “Chevron Mediterranean Limited” şirkətinə ölkənin şimal sahillərində yerləşən “Tamar” dəniz qaz yatağının bağlanması ilə bağlı göstəriş verib, bu barədə "Reuters" agentliyinə şirkət nümayəndəsi bildirib.

Lakin bu bağlanmanın müvəqqəti olub-olmadığı göstərilmir və bu qərarın səbəbləri açıqlanmır.

Qeyd edək ki, yataq 2009-cu ilin yanvar ayında kəşf edilib. Layihənin tərəfdaşları “Chevron Mediterranean Limited” (25 %), “İsramco” (28,75 %), “Tamar Petroleum” (16,75 %), “Mubadala Energy” (11 %), “Tamar Investment 2” (11 %), “Dor Gas” (4 %) və “Everest”dir (3,5 %). Rezervuar Hayfadan 90 kilometr qərbdə, dəniz səviyyəsindən 5 000 metr dərinlikdə yerləşir və 100 kvadrat kilometr ərazini əhatə edir. Hər 6 quyudan hasilat sutkada 7,1-8,5 milyon kubmetr təşkil edir.

https://report.az/energetika/israilin-energetika-nazirliyi-tamar-qaz-yataginin-baglanmasi-ile-bagli-gosteris-verib/