XƏBƏRLƏR

OPEC 2023-cü ildə təşkilatdan kənarda neft hasilatı ilə bağlı proqnozunu artırıb

OKTYABR 12, 2023

OPEC 2023-cü ildə təşkilatdan kənar neft hasilatının artımı ilə bağlı proqnozunu sutkada 100 min barel artırıb və hazırda hasilatın 2022-ci illə müqayisədə sutkada 1,7 milyon barel artaraq orta hesabla sutkada 67,5 milyon barel olacağını gözləyir, bu barədə təşkilatın sentyabr hesabatında qeyd edilib.

Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,6 milyon barel artaraq sutkada 67,4 milyon barelə çatacağını proqnozlaşdırmışdı.

Təşkilat proqnoza yenidən baxılmasını Rusiya, ABŞ və Latın Amerikasında hasilatın artması ilə əlaqələndirir. Bu isə Avropa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər Avrasiya ölkələrində hasilatla bağlı göstəricinin azalması ilə kompensasiya olunur.

“2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə gündəlik 1,4 milyon barel artacağı və orta hesabla 68,9 milyon barel olacağı gözlənilir”, - hesabatda qeyd edilib.

https://report.az/energetika/opek-povysila-ocenku-rosta-dobychi-nefti-vne-organizacii-v-2023-godu/