XƏBƏRLƏR

Azərbaycan və Qazaxıstan iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə edib

OKTYABR 21, 2023

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşü barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə, nazir bildirib.

https://report.az/energetika/azerbaycan-ve-qazaxistan-iqtisadi-elaqelerin-guclendirilmesini-muzakire-edib/