XƏBƏRLƏR

SOCAR-ın stendi Aşqabadda keçirilən OGT sərgisində yüksək qiymətləndirilib

OKTYABR 25, 2023

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) stendi XXVIII Beynəlxalq “Türkmənistanın Neft və Qazı - 2023” (OGT-2023) konfrans və sərgisində yüksək qiymətləndirilib.

Bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Aşqabadda “Türkmənistanın Neft və Qazı-2023” Beynəlxalq konfrans və sərgisi start götürüb. Tədbirdə SOCAR-ın “Yeni üfüqlər” adlı stendi yüksək qiymətləndirilib. SOCAR-ın prezidenti Rövşən Nəcəf qlobal enerjinin gələcəyinə həsr olunmuş plenar iclasda çıxış edib”, - səfir paylaşımında qeyd edib.

https://report.az/energetika/socar-in-stendi-asqabadda-kecirilen-ogt-sergisinde-yuksek-qiymetlendirilib/