Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib ki, noyabrın 2-də respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 14 milyon 82 min kubmetr təşkil edib
Onun sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 521 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 561 min kubmetr təşkil edib: “Respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulunun 62 %-i Bakı və Abşeron yarımadasının, 32 %-i isə regionların payına düşüb”.
R. Əhmədov bildirib ki, bu, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 20 milyon kubmetr səviyyəsində olub: “Beləliklə, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin noyabrın 2-də “Azəriqaz” 6 milyon kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır”.
https://report.az/energetika/azeriqaz-olke-uzre-istehlak-edilen-qazin-hecmini-aciqlayib/