“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün etibarlı neft və təbii qaz tədarükçüsüdür”. Bunu ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda deyib.
O bildirib ki, “Şimal-Cənub”, Orta Dəhliz, “Bir kəmər, bir yol” kimi bütün nəqliyyat dəhlizləri Azərbaycandan keçir: “Buna görə də Azərbaycana ciddi yanaşmaq lazımdır”.
Professor onu da qeyd edib ki, bir çox Avropa ölkələri hələ də Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasında hansı çətinliklərlə üzləşdiyini anlamır.
https://report.az/energetika/damian-krnevic-azerbaycan-ai-ucun-etibarli-neft-ve-tebii-qaz-tedarukcusudur/