“Azərbaycan ənənəvi enerji resurslarının dünya bazarlarına tədarükündə etibarlı tərəfdaş olaraq qalır”, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov "Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri" mövzusunda keçirilən simpoziumda deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı sahəsində tərəfdaşları ilə səmərəli əməkdaşlıq edir: “Enerji sektorunda ciddi dəyişikliklər baş verir. Bu, bir tərəfdən Azərbaycanın xarici siyasətinin dayanıqlılığının və uyğunlaşmasının göstəricisidir. Ölkə ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqda davam edir. Eyni zamanda, "yaşıl enerji" təchizatında onun rolu artır. Ötən il Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb”.
https://report.az/energetika/mahur-qasimov-azerbaycan-enenevi-enerji-resurslarinin-etibarli-techizatcisidir/