XƏBƏRLƏR

Azərbaycanın "Şahdəniz" yatağından əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

NOYABR 07, 2023

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) "Şahdəniz" yatağından hasil edilən qaz və kondensat satışından 2023-cü ilin ilk doqquz ayı ərzində əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 1,209 milyard dollarla müqayisədə 1,183 milyard dollar olub.

Beləliklə, SOFAZ-ın yataqdan əldə etdiyi gəlir illik hesablamada 2,2 faiz azalıb.

SOFAZ-ın məlumatlarına əsasən, fondun bu ilin ilk 10 ayı ərzində "Şahdəniz" yatağından hasil edilən kondensat satışından gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 21 faiz azalaraq 259,554 milyon dollar olub. Belə ki, ötən ilin ilk 10 ayı ərzində bu göstərici 328,567 milyon dollar olub

"Şahdəniz"də mövcud obyektlərin istehsalat gücü hazırda gündəlik 74 milyon standart kubmetr və ya ildə təqribən 27 milyard kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

https://az.trend.az/business/energy/3821098.html