XƏBƏRLƏR

Azərbaycanda tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması qaydası asanlaşıb

NOYABR 08, 2023

Azərbaycanın bəzi regionlarda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması səlahiyyətləri “ASAN Xidmət” mərkəzlərinə verilib.

Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası"nda göstərilib.

Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir.
- məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin;
- tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin;
- enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin;
- elektrik enerjisinin paylayıcılarının tikinti obyektlərinin.

Yeni qaydalara görə, “ASAN Xidmət” Mərkəzləri bu səlahiyyətləri ancaq “ASAN Kommunal” mərkəzləri olmayan regionlarda icra edəcək.

https://report.az/energetika/azerbaycanin-bezi-regionlarinda-asan-kommunal-in-selahiyyetlerini-asan-xidmet-icra-edecek/