Azərbaycan Özbəkistan və Qazaxıstandan elektrik enerjisinin nəqli imkanlarını müzakirə edib.
Müzakirələr bu gün Bakıda keçirilən “Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə elektrik enerjisinin ixracı perspektivləri” adlı tədbirdə aparılıb.
“Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə iştirak etdiyimiz Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli olub. Ölkələrimiz arasında bərpa olunan enerjiyə fokuslanan tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin nəqli imkanlarını müzakirə etdik”, - deyə M. Cabbarov bildirib.
https://report.az/energetika/azerbaycan-merkezi-asiya-olkelerinden-elektrik-enerjisinin-neqlini-muzakire-edib/