Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24 032,8 milyon kVt/s elektrik enerjisi istehsalı edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 278,5 milyon kVt/s və yaxud 1,2 % çoxdur.
O cümlədən, hesabat dövründə İES-lər üzrə 22 213,8 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
Bundan başqa, nazir qeyd edib ki, 10 ay ərzində ölkəmiz 2 357,1 milyon kVt/s elektrik enerjisi ixrac edib, 190,1 milyon kVt/s isə elektrik enerjisi idxal edib.
https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisi-istehsali-1-artib16112023/