Bir sıra Avropa və Türkiyə şirkətləri Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində investisiya imkanları ilə maraqlanır.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun "WindEurope” Assosiasiyasının Baş icraçı direktoru Caylz Dikson və qurumun Sənaye məsələləri üzrə direktoru Filip Kolla görüşündə müzakirə edilib.
Görüşdə "Hitachi Energy Türkiye Elektrik Sanayi Anonim Şirketi"nin Türkiyə, Azərbaycan və Gürcüstan üzrə satış və marketinq meneceri Ayşe Yurtoğlu və "Jan De Nul Group"un Biznesin inkişafı üzrə meneceri Ştefan Muntoiu iştirak ediblər.
S.Axundov AERA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qonaqlar, öz növbəsində, təmsil etdikləri qurumların fəaliyyətindən söz açıblar.
Görüş zamanı bərpaolunan enerji mənbələri sahəsində investisiya imkanları, qanunvericilik, tariflər, elektrik enerjisinin alqı-satqı müqavilələri ("Power Purchase Agreements"), müvafiq sahədə rəqabətli bazarın yaradılması, balanslaşdırıcı bazarlar, enerji saxlanc sistemləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/avropa-ve-turkiye-sirketleri-azerbaycanda-berpaolunan-enerji-ile-maraqlanir/