XƏBƏRLƏR

Azərbaycan və İtaliya enerji sahəsində əməkdaşlığı gücləndiriblər

NOYABR 17, 2023

“Azərbaycan və İtaliya enerji sahəsində əməkdaşlığı gücləndiriblər”, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri yeni viza mərkəzinin açılışında deyib.

“Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq qurulub. Bundan əlavə, İtaliya Azərbaycanın əsas neft və qaz alıcılarındandır. Bu ölkənin ixracının 50%-dən çoxu bizim payımıza düşür”, - diplomat vurğulayıb.

O qeyd edib ki, Bakıda səfirlik nəzdində hərbi attaşelik ofisi açılıb və beləliklə, səfirliyin əməkdaşlarının sayı artacaq: “Müdafiə sənayesi, müdafiə və dövlətlərarası münasibətlərlə bağlı digər məsələlərdə biz şəxsi heyətin sayını iki dəfə artırırıq. Beləliklə, indi səfirlik yüksək səviyyədə ixtisaslaşmış heyətlə təmsil olunur”.

https://report.az/energetika/sefir-azerbaycan-ve-italiya-enerji-sahesinde-emekdasligi-guclendiribler/