Yanvar-oktyabr aylarında istilik elektrik stansiyaları üzrə 22213.8 mln. kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1819 mln. kVt/st elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji istehsalı və ixracı üzrə irimiqyaslı layihələr həyata keçirilir.
Bir qədər əvvəl energetika naziri Samir Vəliyevin də dediyi kimi, "yaşıl" enerji sahəsində ilk mərhələdə dörd ölkənin iştirakı ilə beynəlxalq əməkdaşlıq platforması yaradılıb.
"Külək elektrik stansiyalarından ötürücü xətlərin çəkilməsi, o cümlədən Qara dəniz sualtı kabeli vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirən "yaşıl" enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər gedir", - o deyib.
S.Vəliyev həmçinin, ilkin olaraq Qara dəniz vasitəsilə Avropaya 4 qiqavatt, Naxçıvan ərazisindən isə Türkiyə və Avropaya 1 qiqavatt elektrik enerjisinin ixrac olunacağını qeyd edib.
https://az.trend.az/business/energy/3825304.html