XƏBƏRLƏR

Azərbaycanda "yaşıl güc"lərin ümumi enerji sistemində payı 2030-cu ilədək hədəfi üstələyəcək

NOYABR 22, 2023

Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1 688 MVt təşkil edir ki, bu da ümumi gücün təqribən 20 %-nə bərabərdir.

Bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.

O bildirib ki, bu göstəricinin 2030-cu ilə qədər 30 %-dək artırılması planlaşdırılır: "2027-ci ilin sonunadək 1 870 MVt həcmində "yaşıl güc"lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının götürdüyümüz hədəfdən, yəni 30 %-dən 33 %-ə çatması gözlənilir. Bu məqsədlərə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır".

https://report.az/energetika/azerbaycanda-yasil-guc-lerin-umumi-enerji-sisteminde-payi-2030-cu-iledek-hedefi-usteleyecek/