SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) regionu enerji bağlantısı baxımından sürətlə irəli gedə biləcəyi dünyanın nadir regionlarından biridir.
Bunu BMT-nin ESCAP təşkilatının enerji şöbəsinin nümayəndəsi Anna Lobanova bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.
"Biz əgər enerji keçidindən danışırıqsa, burada iki əsas istiqamət var. Birincici daha təmiz enerji sistemlərini qurmalıyıq, ikincisi enerji sistemlərimizdə elektrifİkasiyanı təmin etməliyik. Bunlar çox vacib alətlərdir və yan-yana getməlidirlər. Eyni zamanda enerji sistemlərinin şaxələndirilməsinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Əgər biz bərpa olunan resurslar haqqında danışırıqsa, biz günəş və külək enerjisinin olduğunu əlbəttəki bilirik, lakin bu zaman enerji bağlantıları necə olacağı, şəbəkənin formalaşdırılması vacibdir", - deyə A. Lobanova qeyd edib.
https://report.az/energetika/anna-lobanova-speca-enerji-baglantisi-baximindan-suretle-ireli-geden-dunyanin-nadir-regionlarindan-biridir/