XƏBƏRLƏR

Azərbaycanda 2030-cu ilədək 7 QVt həcmində bərpa olunan enerji layihələri həyata keçiriləcək

NOYABR 23, 2023

Azərbaycanda 2030-cu ilədək QVt həcmində bərpa olunan enerji üzrə layihələrin reallaşdırılması planlaşdırılır.

Bunu Energetika Nazirliyinin yanında olan qurumun nümayəndəsi  Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.

Həmin layihələrdən əldə olunan enerjinin 2 QVt-ı daxili istehlak, QVt-ı Xəzər dənizindən Avropa İttifaqına ötürülməsi üçün nəzərdə tutulub: "1 QVt həcmində enerji isə Azərbaycandan Türkiyə və Avropaya yönəldiləcək".

 Azərbaycan işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan edib. Burada "yaşıl texnologiya"ların və enerji səmərəliliyinin layihələrdə tətbiqi nəzərdə tutulur və istər günəş panellərinin, istərsə də müasir tipli avtomobil dayanacaqlarının, elektrik avtomobillərinin təşviqi ilə bağlı hədəflər var.