XƏBƏRLƏR

SOCAR və “KazMunayGaz” əməkdaşlıq əlaqələrini genişləndirir

NOYABR 24, 2023

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev ilə arasında keçirilən görüşdə bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Bu ilin oktyabr ayında tərəflər arasında imzalanan yol xəritəsinin müxtəlif istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.

Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı, rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılır.

https://report.az/energetika/socar-ve-kazmunaygaz-emekdasliq-elaqelerini-genislendirir/