XƏBƏRLƏR

Macarıstan Azərbayanda “yaşıl enerji”yə investisiya qoymaq istəyir

NOYABR 27, 2023

Macarıstanın Azərbayanın “yaşıl enerji” sahəsinə investisiya qoymaq niyyəti var, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto AzTV-də yayımlanan "Əsas məsələ" verilişində bildirib.

Onun sözlərinə görə, “yaşıl enerji” sahəsində Azərbaycanın böyük potensialı var: “Ətraf mühitin qorunmasına xüsusi önəm verən Macarıstan bu potensialı nəzərə alaraq Azərbaycanla bağlı planları var”.

P. Siyarto qeyd edib ki, Azərbaycanın həm quruda, həm də Xəzər dənizində külək enerjisindən istifadə etmək planı var.

Nazir vurğulayıb ki, bu enerjini Avropa bazarlarına çıxarmaq lazımdır: “Bununla bağlı Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” adlı layihə var. Həmin layihəyə əsasən “yaşıl enerji”ni Avropaya çatdıracaq xətt 2 000 km uzunluğunda olacaq ki, onun da yüzlərlə kilometri dənizin dibi ilə gedəcək. Odur ki, Xəzərdən başlayacaq bu layihə “Ginnesin Rekordlar Kitabı”na düşəcək”.​

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaş­lıq haqqında Saziş”in imzalanıb. Sazişə əsasən, Azərbaycandan Gürcüstan ərazisindən keçməklə, dənizaltı kabel vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana elektrik enerjisinin tədarükünü həyata keçirəcək. Uzunluğu 1 195 kilometr olan dənizaltı kabel layihəsinin texniki-iqtisadi əsaslandırma dəyərinin 2,5 milyon avro təşkil edəcək. Layihə Dünya Bankının vəsaiti hesabına qarşılanacaq.

https://report.az/energetika/peter-siyarto-macaristan-azerbayanin-yasil-enerji-ne-investisiya-qoymaq-isteyir/