Türkiyənin nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etməyi planlaşdırır.
“Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik”, – agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, hazırda razılaşdırma işləri aparılır.
“İlkin olaraq bu, dekabrın birinci yarısına nəzərdə tutulub”, – mənbə qeyd edib.
https://report.az/energetika/turkiyenin-heyeti-qaz-qovsagini-muzakire-etmek-ucun-rusiyaya-sefer-edecek/