Adananın “Solitek” Mühəndislik, Enerji və Elektrik şirkəti tərəfindən istehsal olunan panellərlə Qarabağda günəşdən əldə edilən enerji yığılıb saxlanacaq.
Adanada fəaliyyət göstərən şirkət istehsal etdiyi enerji saxlama paneli və avtomatlaşdırma sistemi proqram təminatını Azərbaycana ixrac edir. Bunlar Azərbaycanın Qarabağ bölgəsində kənd yerlərinin günəş enerjisinə olan tələbatını ödəyəcək baza stansiyalarında istifadə olunacaq.
İçərisində litium-dəmir fosfat batareyaları olan panel günəşli havalarda enerjinin istifadə olunmamış hissəsini saxlayaraq baza stansiyasının gecə də işləməsini təmin edəcək.
Havanın buludlu olduğu və günəş enerjisi istehsalının təmin edilə bilmədiyi hallarda stansiyanın ehtiyac duyduğu elektrik enerjisi şirkət tərəfindən hazırlanmış avtomatlaşdırma proqramı ilə Türkiyədən gətirilən generatordan təmin ediləcək. Eyni zamanda avtomatlaşdırma ilə generatordan əldə edilən elektrik enerjisinin bir hissəsi də paneldəki batareyalarda saxlanılacaq.
Təxminən 2,5 ay əvvəl tenderdə qalib gələn Adana şirkəti söz verdiyi 33 panel və avtomatlaşdırma sistemindən 25-ni tamamlayaraq Qarabağa göndərib.
Qalan hissənin 1 həftə sonra təslim edilməsi ilə 2 milyon ABŞ dollarlıq enerji mühəndisliyi ixracatı reallaşacaq.
https://report.az/energetika/adanada-qarabagda-gunes-enerjisini-yigib-saxlayacaq-paneller-hazirlanib/