Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxil olmaqla, bir neçə struktur Rusiyanın “LUKoil” şirkətinin Bolqarıstandakı biznesini almağa maraq göstərir, buraya SOCAR daxil olmaqla, ABŞ-nin iki investisiya fondu və iki neft şirkəti daxildir.
Qeyd edək ki, dekabrın 5-də Rusiya şirkəti Bolqarıstandakı aktivlərlə bağlı strategiyasını nəzərdən keçirəcəyini və ölkədəki biznesini satmaq imkanlarını təhlil edəcəyini açıqlayıb. Buraya Burqasdakı neft emalı zavodu, 220 yanacaqdoldurma məntəqəsi şəbəkəsi, 9 neft bazası və s. daxildir.
Xatırladaq ki, bu ilin noyabrında Bolqarıstan parlamenti şirkətin Burqasdakı zavodundan 2024-cü ilin yanvarından etibarən neft məhsullarının ixracına qadağa qoyub. Mart ayından isə zavodda Rusiya neftinin emalına qadağa qoyulacaq. Bundan başqa, rəsmi Sofiya həmçinin neft emalı zavodunun mənfəət vergisini 60 %-ə qədər artırıb.
Bundan əlavə, Rusiya istehsalı olmayan neft növlərini emal edə bilmək üçün bu zavodun təxminən 500 milyon avro məbləğində modernləşdirilməsi tələb olunur.
https://report.az/energetika/kiv-socar-lukoil-un-bolqaristandaki-biznesini-almaqda-maraqlidir/