“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illər üçün neft, həmçinin 2024-cü və 2026-cı illər üçün Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozunu yüksəldib.
Agentlik neft proqnozlarına yenidən baxılmasını “OPEC+”un tədarük həcmini ciddi nəzarət altında saxlamaqda davam etməsi ilə izah edib.
“Fitch” analitikləri, təbii qaz qiymətlərinin ortamüddətli perspektivdə kifayət qədər yüksək qalacağını proqnozlaşdırırlar.
Agentliyin proqnozuna əsasən, baza ssenari üzrə bu ilin sonunda “Brent” markalı neftin 1 bareli 82 ABŞ dolları, 2024-cü ildə 80 ABŞ dolları, 2025-2026-cı illərdə isə müvafiq olaraq 70 və 65 ABŞ dolları olacaq.
Proqnozlara görə, 2023-2024-cü illərdə “WTI” markalı neftin 1 bareli müvafiq olaraq 78 və 75 ABŞ dolları, 2025-2026-cı illərdə isə müvafiq olaraq 60 və 65 ABŞ dolları təşkil edəcək.
Baza ssenarisi üzrə təbii qaz qiymətlərinə gəlincə, “Henry Hub”da 2023-cü ilin sonunda 1000 kubfut təbii qazın qiyməti 2,8 ABŞ dolları, 2024-cü ildə 3,25 ABŞ dolları, 2025-2026-cı illərdə müvafiq olaraq 3 və 2,75 ABŞ dolları olacaq.
“Fitch”in proqnozuna görə, Avropada TTF (Niderland) üzrə təbii qazın qiyməti 2023-2024-cü illərdə 1000 kubfut üçün müvafiq olaraq 13 və 12 ABŞ dolları, 2025-2026-cı illərdə isə 10 və 8 ABŞ dolları təşkil edəcək.
https://report.az/energetika/fitch-2023-2024-cu-fitch-neft-ve-qaz-qiymetleri-ile-bagli-proqnozunu-yukseldib/