XƏBƏRLƏR

Azərbaycan noyabrda OPEC kvotasını 72 % istifadə edib

DEKABR 14, 2023

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub, bunun 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 71,9 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

https://report.az/energetika/azerbaycan-noyabrda-opec-kvotasini-72-istifade-edib/