XƏBƏRLƏR

Bu il Azərbaycanın elektrik enerjisi ixracı 8 %, idxalı isə 59 % artıb

DEKABR 18, 2023

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan elektrik enerjisinin ixracı 2 milyard 752,7 milyon kVt/s, idxalı isə 200,8 milyon kVt/s olub.

İxrac, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 205,9 milyon kVt/s və yaxud 8,1 %, idxal isə 74,5 milyon kVt/s və ya 59 % çoxdur.

Təıkcə bu ilin noyabr ayında isə ölkəyə elektrik enerjisinin idxalı 10,6 milyon kVt/s, ixrac isə 401,2 milyon kVt/s təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,1 milyon kVt/s (95 %) artım və 47,7 milyon kVt/s (10,63 %) azalma deməkdir.

https://report.az/energetika/bu-il-azerbaycanin-elektrik-enerjisi-ixraci-8-idxali-ise-59-artib/