Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır.
Bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb: "Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.
https://report.az/energetika/azerbaycan-turkiye-ile-birlikde-isgaldan-azad-edilmis-erazilerdeki-5-kses-i-berpa-edecek/