“Azərenerji” ASC işğaldan azad edilmiş ərazilərin daimi və dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı enerji xəritəsi hazırlayıb, bunu səhmdar cəmiyyətinin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Mircəlal Hüseynov bildirib.
Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin açılışını etdiyi "Ağdam" qovşaq yarımstansiyası həmin enerji xəritəsinə daxildir: “Bu yarımstansiyanın çox böyük əhəmiyyəti var. Belə ki, bu obyekt Ağdam şəhərinin bir hissəsinin, ətraf kəndlərin, yaxınlıqda yerləşən Xocalı rayonunun Əsgəran qəsəbəsinin və digər ərazilərinin, Ağdərə rayonunun enerji təchizatında mühüm rol oynayacaq. Yarımstansiyada 2 ədəd 40 MVA-lıq transformator çalışır, obyekt 35/10 KV-luq qapalı, 110KV-luq açıq paylayıcı qurğulardan ibarətdir. Bu qovşaq yarımstansiyaya “Ağdam 1” yarımstansiyasından 10 km məsafədə 110 KV-luq ikidövrəli elektrik verilişi hava xətti çəkilib. Eyni zamanda quraşdırılan bütün avadanlıqlar SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunub”.
https://report.az/energetika/azerenerji-isgaldan-azad-edilmis-erazilerle-bagli-enerji-xeritesi-hazirlayib/