Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə keçirilən onlayn görüş zamanı Azərbaycan və Gürcüstan arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İki ölkə arasında hökumət tərəfindən investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi müzakirə edilib.
Görüşdə iki ölkənin bərpa olunan enerji layihələri, bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri barədə məlumat verilib.
https://report.az/energetika/azerbaycan-ve-gurcustan-berpa-olunan-enerji-sahesinde-emekdasliq-ede-biler/