XƏBƏRLƏR

Azərbaycanda qaz təchizatının ümumi şərtlərini təyin edən qaydalar dəyişib

DEKABR 28, 2023

Nazirlər Kabineti 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”da dəyişiklik edib.

Nazirlər Kabinetinin Qərarına əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaxud əlavə qaz həcmi alması Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaxud əlavə qaz həcmi alması Qaydası”na əsasən müəyyən edilir.

https://report.az/energetika/azerbaycanda-qaz-techizatinin-umumi-sertlerini-teyin-eden-qaydalar-deyisib/