Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin altı regionunda 5 günəş və 1 külək elektrik stansiyasının istismara verilməsi və şəbəkəyə qoşulması mərasimində iştirak edib.
Layihələr “Masdar”, “China Energy Engineering Corporation”, “China Energy International Group”, “China Gezhouba Group”, SEPCO III, “Dongfang Electric Corporation” və s. xarici şirkətlərlə birgə həyata keçirilib.
Ş.Mirziyoyev vurğulayıb ki, ölkədə enerji sektorunda islahatların aparılması və dayanıqlığının artırılması üzrə genişmiqyaslı proqram həyata keçirilir və indiki hadisə - ümumi gücü 2 400 meqavat olan 6 günəş və külək stansiyasının şəbəkəyə qoşulması ölkə tarixində daha bir parlaq səhifə açır.
Onun sözlərinə görə, bu layihələr dövlət-özəl tərəfdaşlığı əsasında birbaşa xarici investisiyalar hesabına həyata keçirilir: “Ümumi dəyəri 2 milyard ABŞ dolları olan bu layihələr hesabına ildə 6 milyard kilovat elektrik enerjisi istehsal olunacaq”.
https://report.az/energetika/ozbekistanda-6-yasil-elektrik-stansiyasi-istifadeye-verilib-28/