XƏBƏRLƏR

Azərbaycanda “Elektrik enerjisindən istifadə Qaydaları” dəyişib

DEKABR 30, 2023

Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib, bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

Qərara əsasən, müstəqil enerji istehsalçıları ilə istehlakçılar arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələr bu Qaydalara əlavə edilmiş birtipli müqavilələr nəzərə alınmaqla fərqli formada bağlanıla bilər.

12.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“12.4. Müstəqil enerji istehsalçısı istehsal etdiyi elektrik enerjisini istehlakçıya, dövlət elektroenergetika müəssisəsinə və (və ya) enerjitəchizatı müəssisəsinə sata bilər. Müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və (və ya) enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bu Qaydaların 5 nömrəli əlavəsinə uyğun bağlanılır. Müstəqil enerji istehsalçısı ona məxsus elektrik şəbəkəsi, həmçinin dövlət elektroenergetika müəssisəsi və (və ya) enerjitəchizatı müəssisəsi ilə ötürmə və ya paylama qiymətlərini razılaşdırmaqla ötürücü və (və ya) paylayıcı şəbəkə vasitəsilə istehlakçıları elektrik enerjisi ilə təchiz edir. Müstəqil enerji istehsalçısı ilə istehlakçı arasında elektrik enerjisinin alqı-satqısı onlar arasında bağlanılmış müqaviləyə uyğun tənzimlənir.”.

https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisinden-istifade-qaydalari-deyisib/