XƏBƏRLƏR

Çin “təmiz yanacaq” ilə işləyən gəmilərin istehsalını genişləndirir

YANVAR 04, 2024

Çin daha “təmiz yanacaq”la işləyən yeni nəsil gəmilərin istehsalı yolu ilə qlobal gəmiqayırma sahəsində liderliyini genişləndirmək istəyir.

Çin 2025-ci ilə qədər dünya üzrə gəmilərin yarıdan çoxunu inşa etmək niyyətindədir. Çin istehsallı bu gəmilər mayeləşdirilmiş təbii qaz (LNG) və “yaşıl metanol” daxil olmaqla, aşağı karbonlu yanacaqla işləyəcək.

Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında dünya üzrə gəmi istehsalının 50 %-dən çoxu Çinin payına düşüb. “Bloomberg”in məlumatına görə, LNG ilə işləyən gəmilər üçün sifarişlər keçən il ümumi sifarişlərin təxminən 40 %-nə çatıb.

Çin belə gəmilərin inşası ilə yanaşı, mayeləşdirilmiş ammonyak, hidrogen və hətta karbon qazı ilə işləyən yeni tipli gəmilərin tədqiqi və layihələndirilməsini sürətləndirməyi də planlaşdırır. “China State Shipbuilding” “AP Moller-Maersk” şirkəti üçün 1 milyard ABŞ dollarından çox dəyəri olan metanol ilə işləyən konteyner gəmilərinin inşasına dair müqavilələr imzalayıb.

https://report.az/energetika/cin-temiz-yanacaq-ile-isleyen-gemilerin-istehsalini-genislendirir/