Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayQaz” 2027-ci ildə “Qərbi Prorva” və “Kalamkas” qaz yataqlarını istismara vermək niyyətindədir, bu yataqlardan ildə 1,1 milyard kubmetr "mavi yanacaq" hasil ediləcək.
Məlumata görə, bununla bağlı beynəlxalq şirkətlərlə birlikdə ümumilikdə 12 perspektivli geoloji kəşfiyyat layihəsi hazırlanır.
Bundan əlavə, Qazaxıstan şirkəti yaxın 3-4 il ərzində “Mərkəzi Uriktau” qaz yatağını istismara verməyi planlaşdırır. Bu yataqdan isə illik hasilat təxminən 1 milyard kubmetr təşkil edəcək.
Ötən il şirkət “Aksay Cənub”, “Şərqi Uriktau” və “Rojkovskoye” yataqlarının istismarına başlayıb. Yeni strategiyaya görə, “Tengiz”, “Karaçaqanak” və “Kaşaqan” kimi iri layihələr istisna olmaqla, 2030-cu ilə qədər digər yataqlardan illik hasilatın 6,7 milyard kubmetrə çatdırılması planlaşdırılır.
https://report.az/energetika/qazaxistan-iki-boyuk-qaz-yataginin-istismara-verilmesini-planlasdirir/