XƏBƏRLƏR

2024-cü ildə Gürcüstan Azərbaycandan 3 milyard kubmetrdən çox təbii qaz idxal etməyi planlaşdırır

YANVAR 08, 2024

Gürcüstan 2024-cü ildə Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.

Bu barədə Gürcüstanın cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.

Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr “mavi yanacaq” idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək.

Ümumilikdə Gürcüstanın təbii qaz balansı 3 milyard 231 milyon kubmetr səviyyəsində təsdiq edilib və bunun da 99,6 %-i idxalın payına düşəcək.

Azərbaycan Gürcüstana bu enerji resursunu ixrac edən əsas ölkədir. Lakin 2023-cü ildə Rusiyadan Gürcüstana təbii qazın ixrac həcmi xeyli artıb.

https://report.az/energetika/2024-cu-ilde-gurcustan-azerbaycandan-3-milyard-kubmetrden-cox-tebii-qaz-idxal-etmeyi-planlasdirir/