XƏBƏRLƏR

AÇG sazişi üzrə Azərbaycana növbəti bonus ödənilib

YANVAR 10, 2024

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə sazişlə bağlı xarici sərmayədarlar Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bonus məbləğinin 7-ci hissəsini ödəyib, saziş üzrə Fonda 450 milyon ABŞ dolları bonus ödənilib.

Bildirilib ki, layihə üzrə səkkiz bərabər illik hissələrdə ödənilməli olan ümumi bonus məbləği 3 milyard 600 milyon ABŞ dolları təşkil edir. Növbəti son bonus ödənişi 2025-ci ilin yanvar ayında gözlənilir.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. Bu sazışin 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində sərmayəçilər tərəfindən, ümumilikdə, 3,6 milyard ABŞ dolları məbləğində bonus ödənişlərinin ödənilməsi nəzərdə tutulur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

https://report.az/energetika/ardnf-acg-uzre-450-milyon-abs-dollar-bonus-alib/