Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nı və “Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların (günəş panelləri) tətbiqinə dair tələblər”ni təsdiqləyib.
Bununla bağlı Komitə sədrinin I müavini Namiq Hümmətov yeni qərar imzalayıb.
Qərara əsasən, işğaldan azad edilmiş ərazilərdə küçə və yolların yaşıl texnologiyaların tətbiqi ilə işıqlandırılması “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nəzərə alınmaqla, digər ərazilərdə isə üzrə iqtisadi səmərəlilik, ekoloji təhlükəsizlik təmin olunmaqla tətbiq ediləcək.
Qanunla küçə və yolların yaşıl texnologiyaların tətbiqi ilə işıqlandırılma keyfiyyəti üzrə, fotovoltaik modulların tətbiqinə dair, işıqlandırma dirəklərinə dair tələblər müəyyənləşib.
Komitənin ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
https://report.az/biznes-xeberleri/azerbaycanda-kuce-ve-yollarin-yasil-texnologiyalarin-tetbiqi-ile-isiqlandirilmasina-dair-telebler-mueyyenlesib/