2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat və yaxud 0,9 % çoxdur.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, ötən il elektrik enerjisinin ixracı 3252,5 milyon kVt/saat, idxalı isə 211,8 milyon kVt/saat təşkil edib.
Bundan başqa, nazir qeyd edib ki, il ərzində istilik elektrik stansiyalarında 27 160,4 milyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən isə 2 116,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisinin-istehsali-artib/