XƏBƏRLƏR

EBRD bərpa olunan enerji sahəsində Azərbaycana dəstək verəcək

YANVAR 17, 2024

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bərpa olunan enerji sahəsində Azərbaycana dəstək verəcək.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb. Görüşdə EBRD-Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin ölkəmizdə keçirilməsinin perspektivlərini vurğulanıb.

“EBRD-nin bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olundu”, deyə nazir bildirib.

https://report.az/energetika/ebrd-berpa-olunan-enerji-sahesinde-azerbaycana-destek-verecek/