Azərbaycan Danimarka şirkəti ilə külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Davos İqtisadi Forumu çərçivəsində "Vestas Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm ilə keçirilən görüşdə dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin iqlim dəyişiklikləri şəraitində əhəmiyyətinin artdığı vurğulanıb.
“Ölkəmizdə həyata keçirilən alternativ enerji layihələri, "yaşıl" texnologiyaların tətbiqi və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.
https://report.az/energetika/azerbaycan-danimarka-sirketi-ile-kulek-enerjisinden-istifade-imkanlarini-muzakire-edib/