2023-cü ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr təbii qaz tədarük olunub.
"2026-cı ildən 1,2 milyard kubmetr daha çox tədarük edə biləcəyik", - konsorsiumun məlumatında deyilir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.
https://az.trend.az/business/energy/3852092.html