Hidrogenin və təbii qaz qarışığının bazarın inkişafına uyğun olaraq və ötürmə sisteminin operatorlarının sıx əməkdaşlığı ilə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəqli boru kəmərinin gələcək inkişafının əsas hissəsini təşkil edəcək.
"ICGB sahə üzrə tendensiyalardan xəbərdar qalmağa və bazar tələbatının və inkişafın təmin olunması üçün boru kəmərinin infrastrukturunu inkişaf etdirməyə çalışsa da, hazırkı səylər, əsasən, IGB-nin texniki imkanlarının 3 milyard kubmetrdən 5 milyard kubmetrədək genişləndirilməsinə yönəlib. Bazar sınağının məcburi mərhələsi 2024-cü ilin iyul ayına planlaşdırılıb və şirkət bunun mümkünləşdirilməsi üçün fəal şəkildə çalışır", - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb. İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.
https://az.trend.az/business/green-economy/3852975.html