2024-cü ildə Azərbaycanda "yaşıl" texnologiyaların təşviqi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) diqqət mərkəzində olacaq.
Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında deyib.
"Bildiyiniz kimi, 2024-cü il Azərbaycanda yaşıl dünya adına həmrəylik ili elan olunub, həmçinin, bu il ölkədə COP29 kimi böyük tədbir keçiriləcək. Milli iqtisadiyyatın müxtəlif sahələrində "yaşıl" texnologiyalardan istifadənin təşviqi və bu istiqamətdə startaplara dəstək bu il 4SİM-in diqqət mərkəzində olacaq", - o deyib.
https://az.trend.az/business/green-economy/3853570.html