XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında Azərbaycanın "yaşıl" layihələri müzakirə olunub

YANVAR 27, 2024

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanına səfəri zamanı Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə görüşüb.

Məlumata görə, danışıqlarda bərpa olunan enerji sahəsində layihələr üzrə qarşılıqlı fəaliyyət, Azərbaycanın "ACWA Power" şirkəti ilə əməkdaşlığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin investisiya potensialı müzakirə olunub.

Sultan Əbdülrəhman Əl-Mərşad Azərbaycanla birgə layihələrin reallaşdırılma imkanlarını və maliyyələşdirilmə perspektivlərini qeyd edib.

Xatırladaq ki, "Acwa Power" Azərbaycanda külək elektrik stansiyasının tikintisi layihəsini (işlər fevral ayında başlamalıdır) və "yaşıl" enerji sahəsində, o cümlədən "yaşıl" hidrogen və ammonyak istehsalının potensialının öyrənilməsi üzrə bir sıra layihələr həyata keçirir.

https://az.trend.az/business/green-economy/3853856.html