Azərbaycandakı Amerika Ticarət Palatası "İqlim Dəyişmələri Üzrə Maraqlı Tərəflərin Dialoqu: 2024 Yaşıl Dünya Həmrəyliyi İli və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri Konfransına Hazırlıq" adlı kompleks tədbirlərin keçiriləcəyini bəyan edib.
Bu təşəbbüs 11-24 noyabr 2024-cü il tarixləri ərzində Bakıda keçiriləcək COP 29 konfransına hazırlıq çərçivəsində Azərbaycanda müəssisələr arasında dialoq, məlumatlılıq və əməkdaşlığa imkan yaratmaq məqsədi daşıyır.
"İclaslar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransının Azərbaycanda biznes üçün əhəmiyyətinin anlaşılması, dayanıqlı təchizat zənciri praktikası, ekoloji cəhətdən təmiz biznes əməliyyatlarında korporativ idarəetmənin rolu, Azərbaycanın qanunvericilik bazası baxımından qeyri-maliyyə hesabatlılığı, ölkədə ESG (ekologiya, sosial aspektlər və idarəetmə) proqramı ilə əlaqədar hüquqi normalar, eləcə də əlçatan vergi güzəştləri ilə bağlı qlobal praktikalar kimi mövzulara həsr olunacaq", - Ticarət Palatasının nümayəndəsi deyib
O həmçinin, Palatanın icraçı direktoru Gülnarə Aslanbəylinin 2023-cü ilin noyabr-dekabr aylarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən COP 28 konfransında iştirakının Azərbaycandakı Amerika Ticarət Palatasının iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə tərəfdarlığını vurğuladığını qeyd edib.
"Azərbaycandakı Amerika Ticarət Palatası qlobal iqlim problemlərinin həllinə birgə və davamlı yanaşmanın inkişafında mühüm rol oynamağa çalışır", - deyə nümayəndə əlavə edib.
https://az.trend.az/business/green-economy/3850726.html