İtaliyanın Azərbaycan qazının idxalına çəkdiyi xərclər 2023-cü ilin noyabr ayında oktyabr ayındakı 364,2 milyon avro ilə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 619,2 milyon avroya çatıb. Qeyd edək ki, bu aylıq 70 faizdən çox artım deməkdir.
Eyni zamanda qaz idxalı oktyabr ayındakı 881,2 milyon kubmetrlə müqayisədə 5,1 faiz azalaraq noyabr ayında 838,2 milyon kubmetrə düşüb.
2023-cü ilin ilk 11 ayı ərzində İtaliyanın Azərbaycandan idxal etdiyi qazın həcmi 8,5 milyard kubmetr olub ki, bunun da dəyəri 4,6 milyard avrodan çoxdur.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.
https://az.trend.az/business/energy/3854451.html